Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib | Banco.az

Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.