Liderlər komandalarını necə motivasiya edirlər? -7 MƏSLƏHƏT | Banco.az

Liderlər komandalarını necə motivasiya edirlər? -7 MƏSLƏHƏT

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hər bir müəssisədə kadrların düzgün idarə edilməsi iş prosesinə müsbət təsir edən amillərdən sayılır.

Banco.az iş mühitində komandanı inkişaf etdirəcək  7 məsləhəti təqdim edir.

1. Ünsiyyətə açıq olun.

Bütün komandanızla şəxsi səviyyədə ünsiyyət qurun. Özlərini rahat hiss edəcəkləri, bütün problemlərini və xoşbəxtliklərini sizinlə paylaşa biləcəkləri bir mühit yaratmağa diqqət edin. Lazımi motivasiyanı təmin etməyin ən təsirli yolu işçilərinizin özlərini rahat hiss etdiyi bir mühit yaratmaqdır.

2. Təşkilata lazımi əhəmiyyət verin.

Mütəşəkkil olun, şirkətiniz hələ qurulma mərhələsindəykən hansı prosesin və necə yekunlaşacağını müəyyənləşdirin və qısa, uzun və orta müddətli planlar qurmağa çalışın. Bu təşkilatçılıq, performans və səmərəliliyi artırır.

3. İnsanlara qulaq asın.

İnsanları dinləyin, onların bütün problemlərindən xəbərdar olun və işçilərinizi həqiqətən tanıdığınızdan əmin olun. Başlanğıc mərhələsində olarkən həmkarlarınızı yaxından tanısanız, işlər irəlilədikcə bu vəziyyəti bir şirkət mədəniyyəti kimi mənimsəmək sizin üçün daha asan olacaq.

4. Komandanızın motivasiyasından xəbərdar olun.

Komandanızdakı həmkarlarınızın işlərinə nə qədər həvəsli olduqlarını, hansı problemlərin onları narahat etdiyini, işlədikləri şirkətdən və sizdən gözləntilərini bilməlisiniz. Komandada kimsə həvəsini itirirsə, tez bir zamanda səbəbi öyrənin və lazımi tədbirləri görməyə çalışın.

Ən sərfəli kredit üçün müraciət et

5. Rəy bildirin.

İşçilərinizə onları incitməyəcək və motivasiyalarına zərər verməyəcək şəkildə rəy bildirməyə diqqətli olun. Onlar öz işlərini necə daha səmərəli etmək barədə məlumatlı olmalı və şirkətə verdikləri töhfədən məmnun olmalıdırlar. Bu mühiti yaratmaq sizin əlinizdədir.

6. Və rəyə açıq olun.

Siz həmçinin əməkdaşlarınızın rəylərini dinləməli və onları özünüzü və müəssisənizi daha da irəli aparmaq üçün bir fürsət hesab etməlisiniz. Sizə yönəlmiş tənqidləri heç vaxt laqeyd yanaşmayın.

7. Təhsilə diqqət yetirin.

İş dünyasının dəyişən dinamikasına və sahibkarlıq anlayışına uyğunlaşmaq üçün siz təhsilə və inkişafa lazımi əhəmiyyət verməlisiniz. İşçilərinizi öyrətmək sadəcə lazımsız xərc maddəsi deyil. Siz şüurlu şəkildə yola çıxmalı və işçilərinizin işini onlara zərər vermədən yaxşılaşdırmağın yollarını bilməlisiniz. Onlara öz sahələri haqqında müasir məlumat əldə etməyə imkan verəcək təlimlər keçirmək müəssisənizi fərqli bir nöqtəyə apara bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et