"iPhone" istehsalı dayandırıldı- SƏBƏB | Banco.az

"iPhone" istehsalı dayandırıldı- SƏBƏB

Müəllif:Mehin Qasımova/Banco.az

Tayvanın Foxconn şirkəti Hindistanın cənubundakı Çennay şəhəri yaxınlığındakı müəssisəsində güclü yağışlar səbəbindən iPhone istehsalını dayandırıb.

Banco.az xəbər verir ki, istehsalın yenidən nə vaxt  başlayacağına hələ qərar verilməyib.

Qeyd edək ki, "Apple" iPhone 14 və 15 -i  Hindistanda istehsal edib. Apple-ın iPhone istehsalını Çindən Hindistana keçirmək qərarı Vaşinqton və Pekin arasında münasibətlərdə gərginliyi daha da artırıb. 

Apple-ın əsas tədarükçülərindən biri olan Tayvanda yerləşən Foxconn şirkəti 2017-ci ildən Hindistanın cənubundakı Tamil Nadu əyalətində fəaliyyət göstərir və orada iPhone-un köhnə versiyalarını istehsal edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et