Türkiyədə inflyasiya səviyyəsi yüksəlib | Banco.az

Türkiyədə inflyasiya səviyyəsi yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay illik istehlak inflyasiyası əvvəlki ayla müqayisədə cüzi də olsa sürətlənib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) noyabr ayı məlumatlarına görə, illik istehlak inflyasiyası 61,98 faiz artıb.

Bu dövrdə aylıq artım isə 3,28 faiz hesablanıb.

Noyabr ayında təbii qaz fakturalarının təsiri ilə mənzil kateqoriyası 11,17 faiz artımla aylıq ən yüksək inflyasiyaya malik qrupa çevrilib.

Ekspertlərin proqnozu illik artımın 62,8 faiz olması istiqamətində idi. Aylıq inflyasiya proqnozu isə 3,8 faiz olaraq qeyd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, oktyabrda illik inflyasiya 61,36 faizə düşmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et