"Tesla"nın ilk pikap modelinin qiyməti elan olunub | Banco.az

"Tesla"nın ilk pikap modelinin qiyməti elan olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın ilk pikap modeli “Cybertruck”un maraqla gözlənilən qiyməti açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla”nın ilk pikap modeli “Cybertruck” artıq satışdadır.

Təqdim olunduqdan 4 il sonra rəsmi olaraq açıqlanan avtomobilin başlanğıc qiyməti gözləniləndən baha - 60 min 990 dollar olaraq elan edilib.

“Cybertruck”u ilk dəfə 2019-cu ildə təqdim edən şirkətin CEO-su İlon Mask o zaman avtomobilin qiymətinin 40 min dollar ətrafında olacağını bildirmişdi.

Pikapın 1977-ci ildə çəkilmiş Ceyms Bond filmi "The Spy Who Loved Me"dəki sualtı qayıqdan ilhamlanaraq hazırlandığını dilə gətirən Mask avtomobilin gövdəsinin paslanmayan poladdan olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Cybertruck”ın qiyməti seçilən mühərrik və aparat xüsusiyyətlərindən asılı olaraq 99 min 990 dollara qədər çata bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et