Donald Trampın həyatı kinoya çevrilir | Banco.az

Donald Trampın həyatı kinoya çevrilir

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ –ın keçmiş prezident Donald Trampın həyatı böyük ekrana gətirilir.

Banco.az xəbər verir ki, Trampı canlandıracaq şəxs  tanınmış amerikalı aktyor Sebastyan Sten olacaq.

“Çıraq”  adlanacaq filmi Kann mükafatlı iranlı rejissor Əli Abbasi idarə edəcək.

Məlumata görə, filmin aktyor heyətində HBO kanalının Succession serialında rol almış Emmi və Qızıl Qlobus mükafatçıları  Ceremi Stronq  və Oskar mükafatına namizəd  Mariya Bakalova yer alacaq.

Sözügedən layihə Trampın 70-80-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak imperiyası qurmaq macərasından və vəkil Roy Konla münasibətindən bəhs edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et