Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, qlobal iqtisadiyyat gələn il bir qədər yavaşlayacaq.
Banco.az-ın məlumatına görə, bu barədə yazan Reuters nəşri bildirir ki, yüksək borc səviyyəsinə və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, çətin eniş riski azalıb.
Parisdə yerləşən siyasət forumunun son iclasında qlobal artımın bu il 2,9%-dən 2024-cü ildə 2,7%-ə, 2025-ci ildə 3,0%-ə yüksələcəyi proqnozlaşdırılıb.
OECD-nin 38 üzvünün gəldiyi qənaətə görə, ABŞ üçün 2023-cü ildə 2,2% və 2024-cü ildə 1,3% artım gözləntisi olsa da, smma sentyabr ayında nəzərdən keçirilən yeni təxminlərə görə qitənin iqtisadiyyatı cari ildə 2,4% olsa da, gələn il bu rəqəm 1,5%-ə qədər aşağı düşə bilər.
ABŞ iqtisadiyyatının “yumuşaq eniş” siyasətinə səbəb zəif mənzil bazarları, yüksək neft qiymətləri və ləng kreditləşmədir.
Proqnozlar Çin iqtisadiyyatından da yan keçməyib.
Hazırda sönən daşınmaz əmlak köpüyü ilə mübarizə aparan və daha çox qeyri-müəyyənlik qarşısında istehlakçıların qənaət etdiyi dövrü yaşan Çin iqtisadiyyatının da yavaşlaması gözlənilirdi. OECD-in proqnozuna görə, Çinin iqtisadi artımı bu il 5,2 faiz olsa da, 2024-cü ildə 4,7%-ə qədər geriləyə bilər.
Proqnozlarda Avrozona üçün daha nikbindir. 2023-cü ildə artım 0,6 faiz olsa da, 2024-cü ildə bu 0,9 faizə və 2025-ci ildə isə 1,1%-ə qədər yüksələ bilər. İnkişafa təkan verən səbəb Almaniya iqtisadiyyatının tənəzzüldən çıxmasıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!