“JPMorgan” dolların bahalaşma ehtimalı olduğunu bildirib | Banco.az

“JPMorgan” dolların bahalaşma ehtimalı olduğunu bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” dolların dəyər qazanacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, “JPMorgan”a görə, 2024-cü il ABŞ prezident seçkilərində Bayden və Trampın üz-üzə gəlməsi və bunun ticarət müharibəsi ehtimalını artır səbəbindən dolların dəyər qazanması mümkündür.

Mira Çandan və Patrik Lokkun da aralarında olduğu bankın valyuta üzrə strateqləri 27 noyabrda yayımladıqları bir qeyddə bu məsələyə toxunublar.

Strateqlərin fikrincə, investorlar proteksionist Trampın Respublikaçı namizədlər arasında dominant liderliyini nəzərə alaraq potensial ticarət tariflərinin valyutalara təsirinə diqqət yetirməlidirlər.

“Tariflərin yenilənməsi riski dollara müsbət təsir göstərəcək. Çin yuanına diqqət davam etsə də, digər valyutalara daha çox birbaşa yönəlmə imkanı var”, deyə strateqlər şərh edib.

Ən sərfəli kredit üçün müraciət et

“JPMorgan” bildirir ki, “mövcud səsvermə cədvəli qorunub saxlanılarsa” seçkidən bir il əvvəl Bayden-Tramp qarşılaşması ehtimalı yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et