Azərbaycana Gürcüstanda maşın idxalı azaldı – Səbəb nədir? | Banco.az

Azərbaycana Gürcüstanda maşın idxalı azaldı – Səbəb nədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Statistikaya əsasən Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.

Mövzu ilə bağlı Banco.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, Gürcüstanda son altı ay ərzində ölkəmizə idxal olunan avtomobillərin sayının azalması birbaşa olaraq bu ilin mart ayında qəbul edilmiş yeni qərarla bağlıdır:

“Qərara əsasən, yaşı 10 ildən çox olan köhnə avtomobillərin idxalına məhdudiyyət qoyuldu. Bu səbəbdən də Gürcüstandan ölkəmizə idxal olunan bir sıra köhnə yararsız avtomobillərin idxalı azalıb.

Ölkəmizin avtomobil bazarında bir qədər durğunluq olsa da, ümumilikdə bölgədə ən fəal aktiv bazarlardan biri sayılmaqdadır. Çünki  ölkəmizə bir çox ölkələrdən həm yeni, həm köhnə avtomobillər gətirilir”.

Dünyanın ən məşhur avtomobil markalarının Azərbaycanda rəsmi diler, distribyutorlarının olduğunu qeyd edən ekspert bildirdi ki, ölkəmizə ən çox avtomobil gətirilən dövlətlər sırasında Rusiya da var:

Azərbaycana Yaponiya, Koreya , Avropa İttifaqı ölkələri, Birləşmiş Ştatları, həmçinin ərəb ölkələrindən avtomobillər idxal olunur. Sadəcə, Avropanın və Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra Rusiyadan ölkəmizə idxal olunan minik avtomobillərin sayında kəskin azalma var. Bunun yerini Çində istehsal olunan avtomobillər tutur”.

Ən sərfəli kredit üçün müraciət et

Bəs ölkədə əsasən hansı mexanizmdə avtomobillərə maraq daha çoxdur?

“Hal- hazırda ölkəmizdə hibrid və elektromobillərə böyük maraq olmasına baxmayaraq yenə də liderliyi daxiliyanma mühərriki ilə çalışan avtomobillər tutur. Ölkəmizə benzin və dizel mühərrikli avtomobillər idxal olunan və istismar olunan avtomobillər sırasında birinci yerdədir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et