Türkiyənin Azərbaycandan qaz idxalı 25% artıb | Banco.az

Türkiyənin Azərbaycandan qaz idxalı 25% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 888,52 milyon kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu) hesabatında qeyd edilib.

Məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,06% çoxdur.

Sentyabrda Azərbaycan Türkiyəyə ən çox (ümumi idxalın 27%-i) təbii qaz ixrac edən ikinci ölkə olub.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 milyon kubmetr təbii qaz idxal edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et