Müəllif:Mehin Qasımova/Banco.az
“Qazprom” şirkəti “Sibirin gücü” qaz kəməri ilə Çinə qaz tədarükü üzrə yeni rekorda imza atıb.
Banco.az xəbər verir ki, bu barədə "Qazprom" məlumat yayıb.
"Qazprom" tələb olunan bütün həcmləri çatdırdı və Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atdı", - deyə "Qazprom" şirkəti bildirib.
Qeyd edilib ki, tədarüklər "CNPC" və "Qazprom" arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi çərçivəsində həyata keçirilib.
2022-ci ilin sonunda Rusiya “Sibirin Gücü” qaz kəməri ilə Çinə 15,5 milyard kubmetr qaz ixrac edib. Rusiya qazının 2023-cü ildə "Sibirin Gücü" vasitəsilə Çinə tədarükünün 22 milyard kubmetrə çatacağı gözlənilir. Yaxın illərdə “Qazprom”un Çinə ümumi ixracı 48 milyard kubmetrə çatacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!