Müəllif:Mehin Qasımova/Banco.az
Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley ölkənin Mərkəzi Bankını bağlamaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin bəyanatında bildirilib.
Maylinin komandası həmçinin elan edib ki, dekabrın 10-dan etibarən Horacio Marin dövlətə məxsus neft-qaz şirkəti YPF-nin prezidenti olacaq.
Bundan əvvəl bir sıra Argentina KİV-lərində Maylinin Emilio Okamponun Mərkəzi Bankın rəhbəri təyin edilməsindən imtina etdiyi barədə məlumatlar yayılıb. Seçilmiş dövlət başçısına yaxın iqtisadçı dollarlaşmanın tərəfdarı kimi tanınır.
Bizi sosial şəbəkələrdən izləyin!!