Müəllif:Mehin Qasımova/Banco.az
"Amazon"un Avropadakı işçiləri əmək şəraiti, o cümlədən maaşlara etiraz olaraq “Qara Cümə” günü tətilə çıxıblar.
Banco.az xəbər verir ki, beş "Amazon" təchizat mərkəzində çalışan işçilərin dünən gecə yarısından etibarən 24 saatlıq tətil elan etdikləri bildirilib.
Amazon-un İngiltərə, İtaliya, Fransa və İspaniyadakı distribyutor mərkəzlərində çalışan işçilər də “Make Amazon Pay” kampaniyasına qatılıb və bu gün iş şəraitinin yaxşılaşdırılması və maaşların ödənilməsi üçün tətilə başlayıblar.
Məlumata görə, Amazon-un işçiləri ilin ən sıx alış-veriş günlərində ABŞ və Avropada nümayişlər planlaşdırır.
UNI Qlobal İttifaqının koordinasiya etdiyi "Make Amazon Pay" qlobal kampaniyası, "Amazon"un endirim kampaniyaları təşkil etdiyi 24-26 noyabr tarixlərində dünyanın 30-dan çox ölkəsində tətillər və etirazların keçiriləcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!