Ölkədə əməkhaqqı kartlarının sayı 72 min ədəd artıb | Banco.az

Ölkədə əməkhaqqı kartlarının sayı 72 min ədəd artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabr ayının sonunda ötən aya nəzərən 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə bank sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 12 milyon 925 min ədəd olub.

Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram