Nigeriya gələn ilə qədər neft məhsullarının ixracatçısı olmaq niyyətindədir | Banco.az

Nigeriya gələn ilə qədər neft məhsullarının ixracatçısı olmaq niyyətindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nigeriya 2024-cü ilə qədər neft məhsullarının ixracatçısı olmağı planlaşdırır.

Banco.az xəbər verir ki, “Nigerian National Petroleum Corporation Limited” (NNPCL) şirkəti bəyan edib ki, Nigeriya gələn ilə qədər neft məhsullarının xalis ixracatçısına çevrilməyi hədəfləyir.

NNPCL Qrupunun icraçı direktoru Mele Kyari paytaxt Abucada Senatın sədri Godsvill Akpabio ilə görüşüb.

Görüş zamanı açıqlama edən Kyari ölkənin gələn ilə qədər neft məhsullarının tədarükü ilə bağlı əsaslı planının olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, Nigeriya Afrikanın ikinci ən böyük neft istehsalçısı olsa da, neft emalı zavodlarının sayının az olması səbəbindən demək olar ki, bütün yanacağını idxal edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram