Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin noyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440.4 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabr ayının 1-i ilə müqayisədə 15.3% azdır.
Qeyd edək ki, ölkədə problemli kreditlər ilin əvvəlinə nəzərən 25.8%, ötən ilin eyni dövrünə nisbətən isə 31.8% azalıb.
Noyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi ilk dəfə 2%-dən aşağı (1.9%) enib.
Bizi sosial şəbəkələrdən izləyin!!