Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin prezidenti Si Cinpin Rusiya ilə əməkdaşlığı dərinləşdirmək istədiklərini bəyan edib.
Banco.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsində səfərdəki Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Görüş zamanı Si Rusiya prezidenti Vladimir Putinin oktyabrda Pekinə səfəri zamanı dilə gətirdiyi ikitərəfli münasibətlərə dair öhdəliklərini bir daha təkrarlayıb.
“Çin iki ölkə arasında daimi dostluğa əsaslanan mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Rusiya ilə işləməyə hazırdır”, deyə prezident bildirib.
O, həmçinin vurğulayıb ki, iki ölkənin qanunverici orqanları arasında xüsusi komitə fəaliyyətləri və təcrübə mübadiləsi münasibətlərin hüquqi bazasının inkişafında mühüm rol oynayır.
Bizi sosial şəbəkələrdən izləyin!!