ABŞ-da işsizliklə bağlı müraciətlərin sayı azalıb | Banco.az

ABŞ-da işsizliklə bağlı müraciətlərin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər ötən həftə əvvəlki həftə ilə müqayisədə 24 min nəfər azalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 18 noyabrda başa çatan həftə ərzində 209 min nəfərə enib.

Bazarlarda isə bu göstəricinin 225 min olacağı gözlənilirdi.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 11 noyabrla bitən həftədə 22 min adam azalaraq 1 milyon 840 minə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər bildiriblər ki, işsizlik müavinətinə müraciətlərin kəskin azalması ABŞ-da məşğulluq bazarının yüksək faiz dərəcələrinə baxmayaraq dayanıqlı qalmasına işarədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et