Aİ-dən “Rabobank”a 26,6 milyon avro kartel cəriməsi | Banco.az

Aİ-dən “Rabobank”a 26,6 milyon avro kartel cəriməsi

Müəllif:Mehin Qasımova/Banco.az

Aİ  bankların öz aralarında kartel yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparıb.

Banco.az xəbər verir ki,Avropa İttifaqı (Aİ) istiqraz ticarətində karteldə iştirak etdiyi üçün Rabobank-ı 26,6 milyon avro cərimələyib.

Açıqlamada Deutsche Bank-ın da karteldə iştirakının aşkar edildiyi vurğulanıb.  

Qeyd edək ki, Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.

Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, bu araşdırmaya son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et