Böyük Britaniyanın iqtisadi artım proqnozları dəyişdirilib | Banco.az

Böyük Britaniyanın iqtisadi artım proqnozları dəyişdirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada artım proqnozlarına yenidən baxılıb.

Banco.az xəbər verir ki, Büdcə Məsuliyyəti İdarəsinin (OBR) verdiyi açıqlamada bu il ölkə iqtisadiyyatının 0,6 faiz artacağı bildirilib. Əvvəlki proqnoz 0,2 faiz azalma istiqamətində idi.

Açıqlamada 2024-cü il üçün iqtisadi artım proqnozu isə mart ayında irəli sürülən 1,8 faizdən 0,7 faizə endirilib. 2025-ci ildə iqtisadiyyatın 1,4 faiz artacağı proqnozlaşdırılıb ki, ötən proqnoz 2025-ci il üçün 2,5 faiz artım idi.

Bundan əlavə, oktyabr ayında illik 4,6 faiz olan inflyasiyanın 2024-cü ilin sonunda 2,8 faizə enəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

İngiltərə Bankının (mərkəzi bank) 2 faizlik inflyasiya hədəfinə isə 2025-ci ildən əvvəl nail olunmayacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et