OPEC+ iclasının təxirə salınması neft qiymətlərini ucuzlaşdırıb | Banco.az

OPEC+ iclasının təxirə salınması neft qiymətlərini ucuzlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasının təxirə salınması ilə ucuzlaşıb.

Banco.az xəbər verir ki, neft qiymətləri OPEC+ daxilində hökm sürən fikir ayrılığı səbəbindən qrupun qarşıdan gələn görüşü təxirə salmağa vadar olmasına görə ucuzlaşıb.

Bununla yanaşı, ABŞ-dan gələn məlumatlar neft ehtiyatlarının əsaslı şəkildə artdığını göstərməklə Səudiyyənin rəhbərlik etdiyi alyansın hasilatı daha da azaldacağına dair fərziyyələri minimuma endirib.

Qlobal göstərici hesab edilən Brent markalı nefti çərşənbə günü qiymətlərin 4 dollardan çox ucuzlaşdığı volatil seansdan sonra bir bareli 81 dollardan aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ xam nefti isə 76 dollara yaxın ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et