Müəllif:Mehin Qasımova/Banco.az
Kakaonun qiyməti tədarük çatışmazlığı səbəbindən 1978-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az -ın məlumatına görə, kakaonun qiymətinin artması ilə əlaqədar şokoladın qiymətlərinin də artacağı gözlənilir.
Şokoladın əsas tərkib hissəsi olan kakaonun metrik ton qiyməti Nyu-York birjasında 4 min dolları ötüb .
Qiymətləri artıran amillərdən biri də ən böyük kakao istehsalçıları olan Qana və Fil Dişi Sahilində pis hava şəraiti olub.
Kakaonun qiymətinin qalxması piştaxtalardakı qəlyanaltı məhsullarında da özünü göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!