Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri istefa verdi | Banco.az

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri istefa verdi

Müəllif:Mehin Qasımova/Banco.az

"Binance" kriptovalyuta birjasının baş direktoru Çanqpenq Zhao vəzifəsini tərk edib. 

Banco.az xəbər verir ki, bu barədə  Çanqpenq Zhao sosial şəbəkədə  yazıb.

“Bu gün mən Binance-in baş direktoru vəzifəsindən istefa verdim. Etiraf edirəm, emosional vəziyyətdən çıxmaq asan olmadı. Amma düz olduğunu bilirəm. Səhvlər etdim və məsuliyyəti öz üzərimə götürməliyəm”, - Changpeng Zhao sosial mediadakı "X" səhifəsində bildirib.

Kriptovalyuta birjasının təsisçisi ABŞ-da prokurorlar tərəfindən çirkli pulların yuyulmasında və vergidən yayınmada ittiham edilib. Qalmaqaldan sonra "Binance" Bank sirri haqqında qanunu pozduğuna görə ABŞ səlahiyyətlilərinə 4 milyard dollardan çox pul ödəməyə razılaşıb. Regional bazarların keçmiş qlobal rəhbəri Riçard Teng kriptovalyuta birjasının yeni baş direktoru təyin olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram