Azərbaycana əczaçılıq məhsullarının idxalı 11% azalıb | Banco.az

Azərbaycana əczaçılıq məhsullarının idxalı 11% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 482 milyon 252 min dollar təşkil edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 milyon 750 min dollar və ya 11,2% azdır. 

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,40%-ni təşkil edib.

Cari ilin 10 aylıq dövründə ölkənin əczaçılıq məhsullarının ixracından qazancı isə 14 milyon 581 min dollar dəyərində olub.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 543,1 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. İxrac isə 1,9 milyon dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et