Müəllif:Mehin Qasımova/Banco.az
Fransa İmperatoru Napoleon Bonapartın papağı rekord məbləğə satılıb.
Banco.az xəbər verir ki, Fransa imperatoru Napoleon Bonapartın papağı Parisdə keçirilən hərracda yeni sahibini tapıb.
Papağın hərracda ilkin qiyməti 600 min avro olub.
Lakin Napoleonun 19-cu əsrdə Fransa İmperiyasını idarə etdiyi dövrə aid ikibuynuzlu papağı adı açıqlanmayan alıcıya 1,9 milyon avroya satılıb. Napoleonun təxminən 120 ikibuynuzlu papağa sahib olduğu təxmin edilir. Bu gün onlardan yalnız 20-si qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!