"Hyundai" avtomobilləri "Amazon"da satılacaq | Banco.az

"Hyundai" avtomobilləri "Amazon"da satılacaq

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ-nin texnologiya nəhəngi "Amazon", 2024-cü ildən etibarən "Hyundai" ilə strateji əməkdaşlığa başlayacaq.

Banco.az xəbər verir ki, bu barədə "Amazon" məlumat yayıb.

Bildirilib ki, müştərilər seçdikləri ödəmə və maliyyələşdirmə variantları ilə onlayn ödəniş edə, daha sonra avtomobili müvafiq müddət ərzində yerli dilerlərdən götürə bilərlər.

Hyundai-nin rəqəmsal transformasiyasını sürətləndirmək üçün xidmət təminatçısı kimi Amazon-un bulud bölməsi AWS-ni seçdiyi bildirilib.

Açıqlamada, yeni nəsil "Hyundai" avtomobillərinin "Amazon"un süni intellekt köməkçisi Alexa ilə daha interaktiv olacağı, 2025-ci ildən etibarən Hyundai-nin yeni nəsil avtomobillərini alanların Alexa təcrübəsinə də daxil ola biləcəkləri qeyd edilib.

"Hyundai" sürücüləri Alexa-dan musiqi, podkast və ya audio kitab oxutmağı xahiş edə, cari trafik yeniləmələri və ya hava proqnozu kimi hesabatları ala bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram