Qlobal borc tarixinin ən yüksək həddinə çatdı | Banco.az

Qlobal borc tarixinin ən yüksək həddinə çatdı

Müəllif:Mehin Qasımova/Banco.az

Beynəlxalq Maliyyə İnistitutu  (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.

Banco.az xəbər verir ki, hesabata görə, bu ilin üçüncü rübündə qlobal borcun məbləği 307,4 trilyon dollar hesablanıb.

Ötən ilin eyni dövründə qlobal borcun məbləği 289 trilyon dollar olaraq qeydə alınıb.

İlin sonuna kimi  bu rəqəmin 310 trilyon dollara çatacağı gözlənilir.

Bu dövrdə qlobal borc məbləğinin artmasına ABŞ, Yaponiya, Fransa və Böyük Britaniya kimi inkişaf etmiş iqtisadiyyatların və Çin, Hindistan, Braziliya , Meksika kimi inkişaf etməkdə olan ölkələrin borcunun böyük artımı təsir göstərib.

Gələn il 50-dən çox ölkə və regionda qarşıdan gələn seçkilər, ABŞ-Çin strateji rəqabəti və Qəzzada  müharibə səbəbindən artan geosiyasi gərginlik qlobal borcun daha yüksələcəyindən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et