Ən çox istifadə edilən parollar açıqlanıb | Banco.az

Ən çox istifadə edilən parollar açıqlanıb

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ilin ən çox istifadə edilən parollarının siyahısı açıqlanıb.

Banco.az xəbər verir ki, "NordPass" 200 ən çox yayılmış parolun 2023 versiyasını dərc edib.

Məlumata görə, bu parolların əksəriyyəti bir saniyədən az müddətdə sındırıla bilər. 

Əvvəlki illərdə olduğu kimi, ardıcıl nömrə ardıcıllığı 2023-cü ildə də insanların ən çox seçdiyi parol formatına çevrilib. Bu il ən çox istifadə edilən parol “123456” olduğu halda, ötən ilki lider “parol” siyahıda 7-ci yerə düşüb. 2020-ci ildən etibarən “parol” siyahıda ilk 10-luqdadır.

Bu il ikinci ən çox yayılmış parol “admin”, siyahıda üçüncü isə “12345678” olub. Bu üç paroldan ümumilikdə 9 milyon 904 min 869 dəfə istifadə edildiyi bildirilir.

Dünyada ən çox yayılmış 10 parol

Ən sərfəli kredit üçün müraciət et

1- “123456”
2- “admin”
3- “12345678”
4- “123456789”
5- “1234”
6- “12345”
7- “parol”
8- “123”
9- “Aa123456”
10-"
1234567890”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et