Ölkə əhalisi yanacağa 2.5 mlrd. manat xərcləyib | Banco.az

Ölkə əhalisi yanacağa 2.5 mlrd. manat xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 518,3 mln. manat xərclənib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram