Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin oktyabr ayında Türkiyədə 73 mənzil alıblar. Azərbaycanlılar hesabat ayında Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə ötən ay xaricilərə mənzil satışları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52,9% azalaraq 2 535-ə enib.
Məlumata görə, oktyabr ayında Rusiya Federasiyası vətəndaşları Türkiyədən 713 ev (1-ci) alıb. İran vətəndaşlarını 235 mənzil (2-ci), Almaniya vətəndaşları isə 152 mənzil (3-cü) alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
