Azərbaycan təbii qaz ixracını 25%-dək artırıb | Banco.az

Azərbaycan təbii qaz ixracını 25%-dək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 22.9 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 12.3 milyard ABŞ dolları təşkil edib. Cari ilin 10 ayında ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% artıb, dəyəri isə 16,3% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41.82% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram