Müəllif: Tamara Mustafayeva, Banco.az
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Qəzzadakı münaqişəyə "dərhal və uzunmüddətli fasilə" tələb edən qətnamə layihəsini təsdiqləyib.
Banco.az xəbər verir ki, Maltanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi fövqəladə sessiyada səsə qoyulub.
Qanun layihəsi 15 üzvdən 12-nin “lehinə”, 3-nün isə “bitərəf” səsi ilə qəbul edilib. ABŞ, Rusiya və Böyük Britaniya səsvermədə bitərəf qalan ölkələr olub.
Qərarda humanitar atəşkəs əvəzinə "döyüş əməliyyatlarında təcili və uzunmüddətli humanitar fasilə" və beynəlxalq humanitar hüquqa uyğun olaraq Qəzza zolağında dəhlizlərin yaradılması tələb edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!