Ölkədə bankomatların və POS-terminalların sayı artıb | Banco.az

Ölkədə bankomatların və POS-terminalların sayı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin oktyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 119 ədəd, POS-terminalların sayı isə 81 799 ədəd təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 2.9% və ya 90 ədəd, POS-terminaların sayı isə 9.9% və ya 7 min 343 ədəd artıb.

    Əlavə edək ki, bankomatların 1 621 ədədi Bakıda, 1 498 ədədi regionlarda, POS-terminalların 55 min 362 ədədi Bakı şəhərində, 26 437 ədədi isə regionlarda yerləşir.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram