Çinin iqtisadi bərpasında kövrəklik davam edir | Banco.az

Çinin iqtisadi bərpasında kövrəklik davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində oktyabr ayı iqtisadi göstəriciləri istehsal, istehlak, investisiya və məşğulluq sahələrində pandemiyadan sonra bərpa çətinliklərinin davam etdiyini ortaya qoyur.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosu (UIB) ölkədə oktyabr ayı və ilk 10 ayı əhatə edən sənaye istehsalı, pərakəndə satış, əsas kapitala investisiyalar və işsizlik rəqəmlərindən ibarət məlumat toplusunu açıqlayıb.

Məlumatlar göstərir ki, oktyabr ayında istehsal və istehlakda canlanma əlamətləri davam edərkən, daşınmaz əmlak investisiyalarındakı azalma iqtisadi artıma mənfi təsirini davam etdirib.

İllik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,76 milyon dollar) çox olan sənaye müəssisələrinin istehsal məhsullarını hesablayan sənaye istehsalı oktyabr ayında illik 4,6 faiz artaraq sentyabr ayındaki 4,5 faiz artımı üstələyib.

İstehlak ölçüsü hesab edilən pərakəndə satışlar oktyabrda illik 7,6 faiz artaraq sentyabrdakı 5,5 faiz artımı keçib.

Digər tərəfdən, infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərclərini əhatə edən əsas kapitala investisiyalar 10 ayda illik 2,9 faiz artsa da, 9 aydakı 3,1 faiz artımı keçə bilməyib. 10 ay ərzində əsas kapitala investisiyalar arasında özəl sektor investisiyaları 0,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, oktyabr ayında ümumi işsizlik səviyyəsi sentyabr ayındaki səviyyəsini saxlayaraq 5 faiz təşkil edib.

Xatırladaq ki, Çin iqtisadiyyatında birinci rübdə 4,5 faiz, ikinci rübdə 6,3 faiz, üçüncü rübdə isə 4,9 faiz illik artım qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram