Türkiyənin mərkəzi hökumət büdcəsində yenidən kəsir yaranıb | Banco.az

Türkiyənin mərkəzi hökumət büdcəsində yenidən kəsir yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin mərkəzi hökumət büdcəsində oktyabrda da kəsir yaranıb.

Banco.az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyinin məlumatlarına görə, oktyabr ayında büdcə 95,5 milyard TL kəsir verib. Sentyabr ayında büdcə kəsiri 129,2 milyard TL təşkil edirdi.

Oktyabr ayında büdcə xərcləri 569,2 milyard TL, büdcə gəlirləri isə 473,8 milyard TL olub.

Eyni dövrdə faizsiz büdcə xərcləri 502,4 milyard TL, faizsiz kəsir isə 28,7 milyard TL olaraq qeyd edilib.

Yanvar-oktyabr dövründə isə mərkəzi hökumət büdcəsinin xərcləri 4 trilyon 521,8 milyard TL, büdcə gəlirləri 3 trilyon 913,7 milyard TL, büdcə kəsiri isə 608,1 milyard TL olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et