“Nissan” mənfəətini 4 dəfə artırmağa müvəffəq olub | Banco.az

“Nissan” mənfəətini 4 dəfə artırmağa müvəffəq olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nissan” şirkəti mənfəətini dörd dəfə artıraraq 1,9 milyard dollara çatdırıb.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Nissan Motor” 2023-cü maliyyə ilinin birinci yarısı üzrə balans hesabatları və 2024-cü ilin martında başa çatacaq cari maliyyə ili üzrə əhatəli proqnozlar açıqlanıb.

Hesabatda qeyd olunur ki, mənzil-qərargahı Yokohamada yerləşən şirkətin 2023-cü ilin aprel-sentyabr ayları üzrə xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq 296,2 milyard yenə (1,95 milyard dollar) çatıb.

Satış gəlirlərinin 30,1 faiz artaraq 6,06 trilyon yen (39,5 milyard dollar) hesablandığı 6 aylıq dövrdə əməliyyat mənfəəti isə iki dəfə artaraq 336,7 milyard yenə (2,22 milyard dollar) çatıb.

Bununla yanaşı, yerli, Avropa və Şimali Amerika satışlarının artması nəticəsində “Nissan”ın qlobal avtomobil satışları maliyyə yarım ili ərzində 3,3 faiz artaraq 1,62 milyon ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət həmçinin 2024-cü ilin martında başa çatacaq 2023-ci maliyyə ili üzrə hərtərəfli proqnozlarını da artırıb. Belə ki, 13 trilyon yen (85,7 milyard dollar) satış gəliri hədəfləyən yapon avtomobil istehsalçısı əməliyyat mənfəətinin 620 milyard yen (4 milyard dollar), xalis mənfəətinin isə 390 milyard yen (2,57 milyard dollar) olacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram