Müəllif: Mehin Qasımova/Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarətinin həcmi 17,7 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji göstəricisindən 16,2% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
İxrac 5,1 milyard dollar (artım 12,5%), idxal 12,6 milyard dollar (artım 17,8%) təşkil edib. Mənfi ticarət saldosu 7,5 milyard dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 42,6%-nə bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!