Gəlirlərinə görə dünyanın ən böyük müdafiə şirkətləri - SİYAHI | Banco.az

Gəlirlərinə görə dünyanın ən böyük müdafiə şirkətləri - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hər il dünyanın ən güclü ölkələri müdafiəyə milyardlarla dollar xərcləyir.

Banco.az "Defense News"a istinadən 2022-ci ildə dünyanın ən yaxşı müdafiə şirkətlərini təqdim edir.

Qeyd edək ki, siyahıda şirkətlərin ümumi gəlirləri deyil, hər bir şirkətin müdafiədən əldə etdiyi gəlirlər göstərilib. 

ABŞ dünyanın ən böyük hərbi büdcəsinə malik ölkəsidir. Buna görə də Amerika şirkətlərinin bu reytinqdə üstünlük təşkil etməsi təəccüblü deyil.

Siyahıda müdafiə sənayesi ilə əlaqəli olmayan Avropa şirkəti "Airbus" da var. "Airbus" dünyanın ən böyük kommersiya təyyarələri istehsalçılarından biridir. Müdafiəyə gəldikdə isə "Airbus" müxtəlif hərbi pilotsuz təyyarələr, qırıcılar və nəqliyyat vasitələri istehsal edir.

Şirkət

Gəliri (mlrd. dollar)

Ümumi gəlirdə müdafiənin payı (%)

Lockheed Martin (ABŞ)

63,3

96%

RTX Corp (ABŞ)

39,6

59%

Northrop Grumman (ABŞ)

32,4

89%

Çin Aviasiya Sənayesi Korporasiyası (Çin)

31

37%

Boeing (ABŞ)

30,8

46%

General Dynamics (ABŞ)

30,4

77%

BAE Systems (Böyük Britaniya)

25,2

96%

Norinco (Çin)

18

22%

L3Harris Technologies (ABŞ)

13,9

82%

China South Industries Group (Çin)     

13,5

31%

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et