Çinin ixracı azalsa da, idxalı gözlənilmədən artıb | Banco.az

Çinin ixracı azalsa da, idxalı gözlənilmədən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin idxalı oktyabr ayında artımla təəccübləndirsə də, ixrac gözləniləndən daha çox azalıb.

Banco.az xəbər verir ki, Çinin Gömrük İdarəsi ABŞ dolları ilə ixracatın oktyabr ayında bir il əvvələ nisbətən 6,4 faiz azaldığını bildirib. İqtisadçılar isə oktyabr ayında ixracın yüzdə 3,3 azalacağını gözləyirdilər.

Sözügedən dövrdə idxal bir il əvvəlki ilə müqayisədə ABŞ dolları ifadəsində 3 faiz artıb. İqtisadçılar idxalın 4,8-5,0 faiz azalacağını proqnozlaşdırırdılar.

Qeyd edək ki, idxalda ardıcıl 11 ay azalma müşahidə edilmişdi. Oktyabrda ticarətin müsbət saldosu 56,53 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et