Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında Vüqar Bayramov bildirib ki, o, müzakirələrdə çıxışı zamanı bir sıra məqamlara toxunub: "Öncə qeyd etmək lazımdır ki, Dövlət Vergi Xidməti ilə son illər faydalı əməkdaşlıq mühiti formalaşıb ki, bu da qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi töhvə verir".
Banco.az xəbər verir ki, bu barədə iqtisadçı sosial media hesabında bildirib.
Onun sözlərinə görə, layihədə müzakirə edilən məsələlərdən biri Azərbaycanda vətəndaşların 200 manata qədər aylıq faiz depozit gəlirlərinin vergidən azad olunması ilə bağlı idi: "Layihəyə əsasən, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Qeyd etdim ki, əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğudur. Təklif etdim ki, 200 manata qədər deyil, minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər. Digər tərəfdən, oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 bankın payına düşüb. Həmin banklarda da illik faizlər orta hesabla 6% və daha aşağıdır. Buna görə də, güzəşt məbləğinin artırılmasına ehtiyac var".
Qeyd edək ki, cari ilin noyabr ayına Azərbaycanda əmanət faizləri barədə linkə keçid edərək məlumat ala bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!