Azərbaycanın Çindən idxalı artmaqda davam edir | Banco.az

Azərbaycanın Çindən idxalı artmaqda davam edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Çindən 2 milyard 210 milyon 528 min dollar dəyərində məhsul idxal edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabata görə, bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 723 milyon 722 min dollar və ya 48,7% çoxdur.

Cari ilin 3 rübündə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 49,2% artaraq 2,3 milyard dollara çatıb.

Hesabat dövründə Azərbaycanın Çinə ixracının dəyəri isə 71 milyon 636 min dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram