Azərbaycanda əhalinin 88.1 faizi internet isitfadəçisidir | Banco.az

Azərbaycanda əhalinin 88.1 faizi internet isitfadəçisidir

Ötən il kompüterdən, mobil telefondan və internetdən istifadə edən əhalinin ölkə üzrə bütün əhalinin xüsusi çəkisində artım müşahidə olunub.

Son 5 ildə ölkədə internetdən istifadə edənlərin sayı 8,3% artıb. 2022-ci il üzrə aparılan sorğunun nəticəsinə əsasən, Azərbaycanda əhalinin 88,1%-i internet istifadəçisidir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqladığı “Azərbaycanda Rəqəmsal İnkişaf: faktlar, təhlillər, rəqəmlər” hesabatında qeyd olunub..

Hesabatda bildirilib ki, kompüteri olan ev təsərrüfatlarının bütün ölkə üzrə ev təsərrüfatlarında xüsusi çəkisi 2022-ci ildə 75,8% təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 11,7%, ötən illə müqayisədə isə 4,2% çoxdur.

2018-ci ildə mobil telefonu olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 87.6 faiz olubsa, ötən il bu rəqəm 91.5 faiz təşkil edib. 2018-ci ildə internetə çıxışı olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 78.2, ötən il isə 87.8 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et