Azərbaycanın hibrid avtomobil idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanın hibrid avtomobil idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 10 604 ədəd hibrid avtomobil idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən hibrid avtomobillərin dəyəri 253 milyon 158 min dollar olub.

Bunlar illik müqayisədə müvafiq olaraq 1 605 ədəd və 2.4 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 62.3% artaraq 1 milyard 207 milyon 206 min dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et