Dünyanın ən varlı adamlarının sərvəti azalıb | Banco.az

Dünyanın ən varlı adamlarının sərvəti azalıb

Müəllif: Mehin Qasımova/Banco.az

Dünyanın ən varlı on adamının sərvətləri son bir ayda təxminən 50 milyard dollar azalıb. 

Banco.az xəbər verir ki, bu  Forbes jurnalının hesabatında öz əksini tapıb.

Belə ki, dünyanın ən varlı adamı,  "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask sərvətinin 14 faizini təşkil edən 35 milyard dollar itirib. Bu, Tesla səhmlərinin 20 faiz azalması səbəbindən baş verib.

Fransanın lüks mallar istehsalçısı "LVMH" (LVMH Moet Hennessy -Louis Vuitton) sahibi , reytinqdə ikinci yeri tutan Bernard Arnault oktyabrda qrupun payının beş faiz azalması səbəbindən 10 milyard dollar itirib.

Proqram təminatı maqnatı Larii Ellisonun  sərvəti də azalıb ."Oracle" korporasiyasının yaradıcısı ən varlı adamlar reytinqində dördüncü yeri qoruyub saxlasa da, son bir ayda "Oracle" səhmlərinin üç faiz azalması səbəbindən beş milyard dollar itirib. Forbes hazırda onun sərvətini təxminən 131 milyard dollar qiymətləndirir.

Bu arada ekspertlər qeyd ediblər ki, Meta-nın həmtəsisçisi və baş direktoru Mark Zukerberin sərvəti təxminən 300 milyon dollar artıb və 106,9 milyard dollar qiymətləndirilir. Zukerberq Facebook, Instagram və WhatsApp-a sahib olan Meta Platforms-un səhmlərinin artması səbəbindən reytinqdə səkkizinci yerdən yeddinci yerə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Forbes-in məlumatına görə, dünyanın ən zəngin on adamının ümumi sərvəti noyabrın 1-nə 1,32 trilyon dollar olaraq qiymətləndirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et