AMB sədri: "Günaybank" və "Muğanbank" hesabatlılığı düzgün aparmayıb | Banco.az

AMB sədri: "Günaybank" və "Muğanbank" hesabatlılığı düzgün aparmayıb

Lisenziyaları ləğv edilmiş "Günaybank" və "Muğanbank" Mərkəzi Banka hesabatlılıqla bağlı düzgün məlumat verməyib.

Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, AMB-nin komandası formalaşandan sonra bu ilin əvvəlində ilk olaraq sistem əhəmiyyətli banklarda yoxlamalar aparılıb. Ardınca kiçik banklarda yoxlamalar başlayıb və adıçəkilən banklarda hesabatlılığın düzgün olmadığını aşkar olunub. Banklara nöqsanların aradan qaldırılması üçün zaman verilib. Nöqsanların aradan qaldırılmamasını nəzərə alaraq, Mərkəzi Bank hər iki bankın lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram