İstanbulda inflyasiya sürətini itirir | Banco.az

İstanbulda inflyasiya sürətini itirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda inflyasiyanın artım tempi zəifləyib.

Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatası (İTO) İstanbul üzrə oktyabr ayı pərakəndə və topdansatış qiymət indekslərini açıqlayıb.

İTO məlumatlarına görə, oktyabrda pərakəndə qiymətlərdə illik artım 72,73 faiz olub. Ötən ilin oktyabrında illik artım rekord səviyyəyə - 108,77 faizə çatmışdı.

Oktyabr ayında aylıq artım isə 3,69 faiz olaraq qeydə alınıb.

İstehsalçı qiymətlərinin hərəkət dinamikasını əks etdirən Topdansatış Qiymətləri İndeksi isə aylıq 3,53 faiz artıb. Bu indeksdə illik artım oktyabr ayında 64,04 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et