Profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247.9 mln. ABŞ dolları təşkil etməklə alışyönlü olub. Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!