Müəllif: Mehin Qasımova/Banco.az
"Huawei" smartfonları "Google" tətbiqini virus kimi qeyd edib.
Banco.az xəbər verir ki, bu barədə "HuaweiCentral" məlumat yayıb.
Məlumata görə, problem barədə ilk dəfə "SM SM 7012" ləqəbli istifadəçi məlumat verib və bu barədə "Google" dəstək saytına danışıb .
Müəllif qeyd edib ki, "HarmonyOS" ilə işləyən "Huawei P10" smartfonunda əməliyyat sistemi "Google" tətbiqini virus kimi qeyd edib. Oxşar halla digər insanlar da qarşılaşıblar.
Bildirilib ki, problem "Huawei" smartfonlarında əvvəlcədən quraşdırılmış "Optimizer" antivirusu ilə bağlı ola bilər. Naməlum səbəblərdən proqram "Google" tətbiqini “məxfi məlumatları oğurlaya” bilən troyan kimi müəyyən etməyə başlayıb.
Problemin müvəqqəti həlli kimi mütəxəssislər Optimizer -i təmizləməyi və smartfonu yenidən işə salmağı tövsiyə ediblər. "Huawei" və "Google" bununla bağlı məlumat verməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!