Türkiyənin xarici ticarətində rekord kəsir qeydə alınıb | Banco.az

Türkiyənin xarici ticarətində rekord kəsir qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarətində yanvar-sentyabr ayları üzrə tarixi kəsir qeydə alınıb.

Banco.az xəbər verir ki, Türkiyənin xarici ticarətində 9 aylıq kəsir tarixi pik həddinə çatıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, yanvar-sentyabr dövründə xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq 87,2 milyard dollara çatıb. Yanvar-sentyabr dövrləri nəzərə alındıqda bu rəqəm 9 aylıq ən yüksək kəsir olaraq qeydə alınıb.

Bundan əvvəl isə 2022-ci ilin yanvar-sentyabr dövrü üzrə kəsir 83,1 milyard dollarla rekord qırmışdı.

Ümumi ticarət sisteminə görə, 2023-cü ilin yanvar-sentyabr dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 187 milyard 204 milyon dollara, idxal isə 1,2 faiz artaraq 274 milyard 432 milyon dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram