Yaponiya Mərkəzi Bankı yeni qərarlar qəbul edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yaponiya Mərkəzi Bankı yeni qərarlar qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Bankı (BOJ) gəlir əyrisinə nəzarətdə çeviklik elan edib.

Banco.az xəbər verir ki, faiz dərəcəsini dəyişməyərək -0,1 faiz səviyyəsində saxlayan Yaponiya Bankı (BOJ) (mərkəzi bank) uzunmüddətli gəlirlərin daha yüksək səviyyələrə yüksəlməsinə imkan verəcək addımlar atıb.

Mərkəzi bankın bəyanatında 10 illik istiqraz gəlirinin idarə edilməsində daha çevik bir yanaşmanın qəbul ediləcəyi və 1 faizin istinad nöqtəsi olaraq alınacağı bildirilib.

Qeyd edək ki, BOJ-un sözügedən qərarından sonra dollar/yen gündəlik 0,6 faiz artımla 150 səviyyəsini sınaqdan keçirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram